Real klinik uğurlar, real nəticələr
Aşağıdakı hekayələr Dr. Beyrək Abbaszadənin klinik təcrübəsindən seçilmiş nümunələrdir. Pasiyentlərin məxfiliyi qorunur, məlumatlar anonim təqdim olunur.
Fərdi qiymətləndirmə, dəqiq planlama və əməliyyat sonrası nəzarət. Məqsəd — yalnız müdaxilə deyil, uzunmüddətli sağlamlıqdır.
Hekayə kateqoriyaları
Aşağıdakı etiketlər hekayələri daha rahat anlamağa kömək edir.
Pasiyent hekayələri
Hər hekayədə “Klinik mənzərə” və “Nəticə” qısa, aydın şəkildə təqdim olunur.
Yüksək riskli 4-damar bypass
Qeyri-stabil stenokardiya, əvvəlki infarkt, diabet, hipertoniya və piylənmə fonunda çoxdamar koronar xəstəlik.
Tam arterial revaskulyarizasiya ilə CABG x4 icra olundu, pasiyent stabil vəziyyətdə evə yazıldı.
65 mm tromblu anevrizma
KT-də infrarenal seqmentdə 65 mm-ə çatan fuziform anevrizma, divarda tromb; qarında ağrı və şişkinlik.
Aorta-bifemoral bypass icra olundu. Kontrol müayinələrdə göstəricilər normal idi.
Sinus venosus ASD korreksiyası
Tənginəfəslik, sağ boşluqların genişlənməsi, təzyiqin artması; low sinus venosus tipli ASD və parsial venoz anomaliya.
Pulmonar venalar sol qulaqcığa yönləndirildi, defekt perikard yamaqla bağlandı; 5 gün sonra evə yazıldı.
Eyni seansda 3 müdaxilə
LMCA 80–85% stenozu və çoxdamar xəstəlik fonunda əlavə olaraq böyrək karsinoması şübhəsi və böyük damar trombozu.
CABG x4 + total nefrektomiya + aşağı boş vena trombektomiyası icra olundu; stabil şəkildə evə yazıldı.
Yaşlı pasiyentdə bypass
82 yaşlı pasiyentdə aorta-koronar şuntlama x3 əməliyyatı icra olundu.
Göstəricilər normal, pasiyent uğurla evə yazıldı.
80 yaşında 4-damar bypass
80 yaşlı pasiyentdə aorta-koronar şuntlama x4 əməliyyatı icra olundu.
Göstəricilər normal, pasiyent stabil şəkildə evə yazıldı.
Regiondan müraciət, uğurlu nəticə
Biləsuvar rayonundan gələn pasiyentdə 4 damar aorta-koronar şuntlama planlandı.
Əməliyyat ağırlaşmasız tamamlandı, pasiyent sağlamlığına qovuşdu.
Xaricdə imtina edilmiş pasiyent
Yüksək risk və mürəkkəblik səbəbilə xarici klinikalarda əməliyyatdan imtina edilən ağır klinik vəziyyət.
Mürəkkəb cərrahi müdaxilədən sonra pasiyent tam stabil vəziyyətə gətirildi və sağalma prosesi tamamlandı.
2 il sonra kontrol müayinə
Aorta-koronar şuntlama icra edilmiş pasiyent planlı kontrol müayinəyə müraciət etdi.
Bütün göstəricilər normal. Davamlı nəzarət və həyat tərzi tövsiyələri verildi.
Şirvanda icbari sığorta ilə ilk bypass
Şirvan Diaqnostik Mərkəzdə icbari tibbi sığorta çərçivəsində bypass əməliyyatı icra olundu.
Müdaxilə uğurla tamamlandı, göstəricilər normal, pasiyent evə yazıldı.
Ağır ürək problemi — uğurlu müdaxilə
Pasiyent ağır ürək problemi ilə klinikaya müraciət etdi və təcili planlama tələb olundu.
Komanda işi ilə əməliyyat uğurla icra olundu, pasiyent sağlamlığına qovuşdu.
Kəskin sinə ağrısı ilə müraciət
Pasiyent kəskin ürək ağrıları ilə gətirildi. Vəziyyətin ağırlığı səbəbilə təxirəsalınmaz yanaşma tələb olundu.
Əməliyyat uğurlu tamamlandı. Stabil vəziyyətdə müalicə və nəzarət planı ilə davam edildi.