Koronar Bypass (AKŞ / CABG)
Koronar arteriyalarda ciddi daralma və ya tıxanıqlıq zamanı tətbiq olunan cərrahi müdaxilədir. Məqsəd ürək əzələsinə qan axınını bərpa etmək və infarkt riskini azaltmaqdır.
Koronar Bypassın Əsas Aspektləri
Koronar arter daralması və ya tıxanıqlığı ürək əzələsinin oksigenlə təminatını azaldır və infarkt riskini artırır. Koronar bypass əməliyyatı qan axınını alternativ damar yolu ilə bərpa edərək ürəyin funksiyasını qorumağa və həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş əsas cərrahi üsuldur.
Tam Arterial Revaskulyarizasiya
Daxili döş arteriyası (LIMA) və radial arteriya ilə uzunmüddətli nəticə.
Çoxdamar Xəstəliyi
2–4 damar şuntlaması, LMCA stenozunda cərrahi seçim.
Aşağı EF Halları
EF-30% kimi yüksək riskli pasiyentlərdə tətbiq oluna bilər.
LMCA Stenozu Halları
Sol ana koronar arteriyada ciddi daralmada effektiv cərrahi seçim.
Tez-tez verilən suallar
Bu əməliyyatla bağlı suallar əsasən risk dərəcəsi, damar seçimi və əməliyyatdan sonrakı həyat tərzi ilə bağlı olur. Doğru məlumatlandırma pasiyentin əməliyyata psixoloji və fiziki hazırlığında mühüm rol oynayır.
Adətən 3–5 saat.
Orta hesabla 5–10 gün.
Daxili döş arteriyası, radial arteriya və ya safen vena.
Arterial şuntlar uzunmüddətli nəticə verir, lakin həyat tərzi vacibdir.