Bakı · Lux International Hospital

Ürək-damar cərrahıDr. Beyrək Abbaszadə

Koronar arteriya xəstəliyi, ürək qapaqlarının və aortanın xəstəlikləri, anadangəlmə ürək qüsurları üzrə cərrahi müalicə — müayinə nəticələrinin qiymətləndirilməsindən əməliyyatdan sonrakı nəzarətə qədər.

  • Azərbaycan Tibb Universiteti, 2007
  • Mərkəzi Klinik Xəstəxana, 2014–2023
Ürək-damar cərrahı Dr. Beyrək Abbaszadə

HazırdaLux International Hospital, Bakı

Fevral 2024Şirvan Ürək Mərkəzində ilk açıq ürək əməliyyatı

Həkim haqqında

Dr. Beyrək Abbaszadə kimdir

Dr. Beyrək Abbaszadə Bakıda, Lux International Hospital-da çalışan ürək-damar cərrahıdır. 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2014–2019-cu illərdə Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsi üzrə rezidentura keçib, 2019–2023-cü illərdə həmin xəstəxanada ürək-damar cərrahı kimi işləyib. Sonra Şirvan Ürək Mərkəzində şöbə rəhbəri olub və 2024-cü ilin fevralında mərkəzdə ilk açıq ürək əməliyyatını aparıb.

İş sahəsinə koronar bypass (aorta-koronar şuntlama), aorta və mitral qapaq əməliyyatları, aorta anevrizmalarının cərrahiyyəsi, anadangəlmə ürək qüsurlarının korreksiyası və bir neçə müdaxilənin eyni seansda aparıldığı kombinə əməliyyatlar daxildir.

Ətraflı bioqrafiya
Dr. Beyrək Abbaszadə kabinetində, ürək maketi ilə
  1. 2007Azərbaycan Tibb UniversitetiAli tibb təhsili
  2. 2014–2019Mərkəzi Klinik XəstəxanaÜrək-damar cərrahiyyəsi üzrə rezidentura
  3. 2019–2023Mərkəzi Klinik XəstəxanaÜrək-damar cərrahı
  4. Sonrakı mərhələŞirvan Ürək MərkəziŞöbə rəhbəri
  5. Fevral 2024Şirvan Ürək MərkəziMərkəzdə ilk açıq ürək əməliyyatı
  6. HazırdaLux International HospitalÜrək-damar cərrahı, Bakı

Xəbərlərdə

Şirvanda ilk açıq ürək əməliyyatı

Fevral2024

2024-cü ilin fevralında Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdindəki Şirvan Ürək Mərkəzində ilk açıq ürək əməliyyatı aparıldı. TƏBİB-in yaydığı məlumata görə, 55 yaşlı xəstəni uzman ürək-damar cərrahı Beyrək Abbaszadə professor Kamran Musayevin və mərkəzin rəhbəri Yunis Həsənovun dəstəyi ilə əməliyyat edib; əməliyyat təxminən 3 saat çəkib. Mərkəz Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı və Neftçala rayonlarının sakinlərinə kardioloji xidmət göstərmək üçün yaradılıb.

«Şirvanda ilk dəfə açıq ürək əməliyyatı icra edilib!»Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin YouTube kanalı

Klinik təcrübədən

Dr. Beyrək Abbaszadənin paylaşdığı hallardan üç nümunə

Xəstələrin şəxsi məlumatları göstərilmir.

Bütün klinik hallar
  • Kəskin vəziyyət01

    Kəskin infarkt fonunda təcili bypass

    Sol ana koronar arteriya
    99% darlıq
    Atım fraksiyası
    30%
    Şunt sayı
    4
    Evə yazılma
    7-ci gün

    Ön divar infarktı ilə daxil olan, sol ana koronar arteriyasında 99% darlıq, üç damarında tam tutulma və ürəyin atım fraksiyası 30% olan xəstəyə dörd şunt qoyulub. Xəstə 7-ci gün evə yazılıb.

  • Kombinə əməliyyat02

    Bir seansda beş müdaxilə

    Qalxan aorta
    5,5sm
    Şunt sayı
    2
    Protezlə əvəzlənən qapaq
    2aorta, mitral
    Triküspid qapaq
    təmir

    Üç qapağında ciddi çatışmazlıq, koronar darlıqlar və 5,5 sm-ə qədər genişlənmiş qalxan aortası olan xəstədə iki şunt qoyulub, aorta və mitral qapaq protezlə əvəzlənib, triküspid qapaq təmir edilib, qalxan aorta süni damarla əvəzlənib.

  • Anadangəlmə qüsur03

    32 yaşda aşkarlanan ürək qüsuru

    Yaş
    32
    Evə yazılma
    5gün sonra
    Diaqnoz
    Sinus venosus tipli ASD, ağciyər venalarının qismən anomal qayıdışı

    Təngnəfəslikdən şikayət edən gənc xəstədə sinus venosus tipli ASD və ağciyər venalarının qismən anomal qayıdışı xəstənin öz ürək kisəsindən hazırlanmış yamaqla düzəldilib.

Hər xəstənin vəziyyəti fərdidir; bu nümunələr başqa xəstələr üçün eyni nəticəyə zəmanət vermir.

Addım-addım

Müalicə yolu necə qurulur

  1. 01

    Qiymətləndirmə

    Şikayətlər, EKQ, exokardioqrafiya, koronar angioqrafiya, lazım olduqda KT angioqrafiya və kardiak MRT nəticələri birlikdə dəyərləndirilir.

  2. 02

    Üsulun seçimi

    Hər daralma əməliyyat demək deyil. Dərman müalicəsi, stent və ya cərrahiyyə arasında seçim damar zədələnməsinin yayılmasına, ürəyin funksiyasına və yanaşı xəstəliklərə görə edilir; lazım olduqda kardioloq, nefroloq, uroloq və digər mütəxəssislərlə birgə.

  3. 03

    Hazırlıq və əməliyyat

    Əməliyyatdan əvvəlki müayinələr, risklərin müzakirəsi və cərrahi planın qurulması.

  4. 04

    Sonrakı nəzarət

    Reanimasiya və palata dövrü, evə yazılma, kontrol müayinələri. Dr. Beyrək Abbaszadənin paylaşdığı hallarda kontrol müayinələri əməliyyatdan bir həftə, iki həftə, bir ay, bir neçə ay və iki il sonra aparılıb.

Sual-cavab

Tez-tez verilən suallar

Sual-cavab səhifəsindən üç sual. Digər cavablar — koronar bypass, qapaq və aorta əməliyyatları, sağalma və sığorta haqqında — həmin səhifədədir.

Bütün suallar
Hər damar tıxanıqlığı əməliyyat tələb edirmi?

Xeyr. Bəzi xəstələrdə dərman müalicəsi və risk amillərinə nəzarət kifayət edir, bəzilərində stent qoyulur. Bypass adətən çoxsaylı və ya sol ana koronar arteriyanı əhatə edən ciddi darlıqlarda, xüsusən şəkərli diabet və ya zəifləmiş ürək funksiyası olduqda seçilir. Qərar koronar angioqrafiyanın nəticəsinə və xəstənin ümumi vəziyyətinə görə verilir.

Açıq ürək əməliyyatından sonra xəstəxanada neçə gün qalınır?

Müddət əməliyyatın növündən və xəstənin vəziyyətindən asılıdır. Dr. Beyrək Abbaszadənin paylaşdığı hallarda reanimasiya dövrü təxminən 2 gün çəkib, xəstələr 4–7-ci günlərdə evə yazılıb. Evdə sağalma bir neçə həftə davam edir.

Dr. Beyrək Abbaszadə harada qəbul edir?

Bakıda, Faiq Yusifov küçəsi 146A ünvanında yerləşən Lux International Hospital-da. Qəbul saatları: bazar ertəsi – cümə 09:00–17:00, şənbə 09:00–13:00. Vaxtı dəqiqləşdirmək üçün həkimə zəng edə və ya WhatsApp-a yaza bilərsiniz.

Müayinə nəticələrinizlə qəbula gəlin

Əlinizdə EKQ, exokardioqrafiya, koronar angioqrafiya və ya KT nəticələri varsa, onları qəbula gətirin — bu, müalicə yolunu daha tez müəyyənləşdirməyə kömək edir. Qəbul vaxtı üçün zəng edin və ya WhatsApp-a yazın.

Saytda axtarış

Xidmətlər, xəstəliklər, klinik hallar və məqalələr üzrə axtarın.