Açıq ürək əməliyyatı nədir?
Açıq ürək əməliyyatı ürəyin və ya böyük damarların cərrahi müdaxilə ilə müalicəsidir. Bu əməliyyat zamanı ürək-ağciyər aparatı (süni qan dövranı sistemi) istifadə edilə bilər. Bu sistem əməliyyat müddətində qan dövranını təmin edir.
Hansı hallarda lazımdır?
- Çoxdamarlı koronar arter xəstəliyi
- Ürək qapaq çatışmazlığı və ya stenoz
- Aorta anevrizması
- Anadangəlmə ürək qüsurları
Əməliyyat prosesi necə gedir?
Əməliyyatdan əvvəl geniş diaqnostika aparılır (EKQ, ExoKQ, KAQ, KT). Cərrahi müdaxilə planlaşdırılır və çoxixtisaslı komanda tərəfindən icra edilir. Əməliyyatdan sonra pasiyent reanimasiya və stasionar nəzarətdə saxlanılır.
Sağalma müddəti
Adətən xəstəxanada qalma müddəti 5–10 gündür. Tam reabilitasiya 6–12 həftə davam edə bilər.
