Niyə ürək xəstəlikləri artır?
Son illərdə ürək-damar xəstəlikləri daha gənc yaşlarda müşahidə olunur. 35–40 yaş arası pasiyentlərdə ciddi damar daralmaları aşkarlanır.
Əsas risk faktorları
- Stress
- Şəkərli diabet
- Hipertoniya
- Piylənmə
- Siqaret
- Hərəkətsiz həyat tərzi
Nə etməli?
Erkən müayinə (xüsusilə ailə tarixçəsi varsa), qan təzyiqi nəzarəti və sağlam həyat tərzi ürək xəstəliklərinin qarşısını almağa kömək edir.
