ASD nədir?

ASD (Qulaqcıqlar Arası Çəpər Defekti) ürəyin iki qulaqcığı arasında olan dəlikdir. Anadangəlmə ürək qüsurudur.

Əlamətləri

  • Tənginəfəslik
  • Tez yorulma
  • Sağ ürək boşluqlarının genişlənməsi
  • Pulmonar təzyiq artımı

Müalicə üsulu

Defekt cərrahi yolla bağlanır. Bəzi hallarda xəstənin öz perikardından hazırlanmış yamaq istifadə edilir. Əməliyyatdan sonra xəstələr qısa müddətdə normal həyata qayıda bilirlər.