ASD nədir?
ASD (Qulaqcıqlar Arası Çəpər Defekti) ürəyin iki qulaqcığı arasında olan dəlikdir. Anadangəlmə ürək qüsurudur.
Əlamətləri
- Tənginəfəslik
- Tez yorulma
- Sağ ürək boşluqlarının genişlənməsi
- Pulmonar təzyiq artımı
Müalicə üsulu
Defekt cərrahi yolla bağlanır. Bəzi hallarda xəstənin öz perikardından hazırlanmış yamaq istifadə edilir. Əməliyyatdan sonra xəstələr qısa müddətdə normal həyata qayıda bilirlər.
