Aorta anevrizması nədir?

Anevrizma aortanın genişlənməsidir. Normal diametr 2–2.5 sm olduğu halda, 5.5 sm-dən böyük ölçülər təhlükəli hesab edilir.

Niyə təhlükəlidir?

Anevrizma çox vaxt əlamətsiz inkişaf edir. Lakin böyüdükcə damar divarının yırtılma riski artır və bu həyati təhlükə yaradır.

Əlamətlər

  • Qarın və ya kürək ağrısı
  • Qarında pulsasiya hissi
  • Kəskin ağrı (təhlükəli mərhələ)

Müalicə

Cərrahi müdaxilə – açıq əməliyyat və ya endovaskulyar stent (EVAR/TEVAR). Vaxtında diaqnoz həyat qurtarır.