İnfarktdan sonra sol mədəcik anevrizması və mədəcikdaxili laxta
İnfarktdan sonra sol mədəcik anevrizması və mədəcikdaxili laxta: niyə təhlükəlidir, necə aşkarlanır, anevrizmektomiya və bypass necə birləşdirilir.
Sol mədəcik anevrizması nədir?
Sol mədəcik anevrizması geniş miokard infarktından sonra ürək əzələsinin zədələnmiş hissəsinin nazikləşib çölə doğru qabarmasıdır. Bu nahiyə yığılmada iştirak etmir, ürəyin nasos funksiyasını zəiflədir və içində laxta əmələ gələ bilər. Laxtanın qopması beyin, böyrək və ya ətraf damarlarını tıxaya bilər.
Əlamətlər
Təngnəfəslik, tez yorulma, ayaqlarda şişkinlik kimi ürək çatışmazlığı əlamətləri, ritm pozğunluqları, sinə ağrısı. Bəzən ilk təzahür laxtanın qopması nəticəsində insult və ya ətraf damarının kəskin tıxanması olur.
Diaqnoz
Exokardioqrafiyaanevrizmanı, ürəyin atım fraksiyasını və laxtanı göstərir.
Kardiak MRTçapıq toxumasını, canlı ürək əzələsini və mədəcikdaxili laxtanı ən dəqiq göstərən müayinələrdəndir.
Koronar angioqrafiyadamar daralmalarını müəyyən edir və şunt lazım olub-olmadığını göstərir.
Cərrahi müalicə
Əməliyyat zamanı anevrizmalı nahiyə çıxarılır (anevrizmektomiya), mədəcik daxilindəki laxta təmizlənir (trombektomiya), sol mədəciyin forması bərpa olunur. Daralmış koronar arteriyalar varsa, həmin seansda onlara şunt qoyulur.
Dr. Beyrək Abbaszadənin təcrübəsindən
Klinik hal1989-cu il təvəllüdlü xəstə
Atım fraksiyası
18–20%
Laxta
⅔mədəcik boşluğu
Şunt sayı
3tam arterial
Reanimasiya
2gün
1989-cu il təvəllüdlü xəstə fiziki yükdə və sakitlikdə sinədə göynəmə xarakterli ağrı, təngnəfəslik, boğulma hissi və ayaqlarda şişkinlik şikayəti ilə müraciət edib. Anamnezində trombemboliya səbəbindən sağ ayağın amputasiyası olub. EKQ, exokardioqrafiya, kardiak MRT və koronar angioqrafiya nəticəsində ürəyin atım fraksiyasının 18–20%-ə qədər azaldığı, sol mədəciyin zirvə nahiyəsində anevrizma, mədəcik boşluğunun təxminən üçdə ikisini tutan orqanizə olunmuş laxta və çoxdamarlı koronar arteriya xəstəliyi aşkarlanıb. Xəstəyə anevrizmektomiya, trombektomiya və üç şuntlu tam arterial revaskulyarizasiya aparılıb. Xəstə 2 günlük reanimasiya və 6 günlük stasionar müşahidədən sonra kardioloq nəzarətində stabil vəziyyətdə evə yazılıb.
Hər xəstənin vəziyyəti fərdidir; bu nümunələr başqa xəstələr üçün eyni nəticəyə zəmanət vermir.